Messinin forması hərracda 427 680 avroya satıldı

Messinin forması hərracda 427 680 avroya satıldı

Hazırda oxunan: Messinin forması hərracda 427 680 avroya satıldı
72563
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hərracda argentinalı futbolçu Lionel Messinin El Klassikoda geyindiyi əfsanəvi forması satılıb.

Bizim.Media xəbər verir ki, bu, Lionel Messinin "Barselona"da 500-cü qolunu vurduğu formadır.

Messinin futbolkası hərracın qalibinə 427 680 avroya başa gəlib.

“Real Madrid” – “Barselona” matçı 23 aprel 2017-ci ildə oynanılıb. Messi dubl edib və onun ikinci qolu argentinalı üçün “Barselona”da  500-cü olub.
Qarşılaşma katalonların 3:2 hesablı qələbəsi ilə başa çatıb və qolu bayram edən hücumçu maykasını çıxararaq “Santyaqo Bernabeu”da azarkeşlərə nümayiş etdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO