Azərbaycanda daha 3 federasiya ləğv edildi - NAZİRLİKDƏ İCLAS

Azərbaycanda daha 3 federasiya ləğv edildi - NAZİRLİKDƏ İCLAS

Hazırda oxunan: Azərbaycanda daha 3 federasiya ləğv edildi - NAZİRLİKDƏ İCLAS
71940
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi barədə xüsusi komissiyanın arayışı müzakirə edilib. 

“Azərbaycan Atletika Federasiyası” İB, “Azərbaycan Ağır Atletika Federasiyası” İB, “Azərbaycan Basketbol Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib. Bundan başqa, "Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyası", “Azərbaycan Məktəb İdmanları Federasiyası” İB və “Azərbaycan Karlar İdmanı Federasiyası” İB-nin federasiya statusları dayandırılıb.

Qeyd edək ki, nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, Kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 20-yə çatıb.

Ümumilikdə, 22 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO