UEFA Çempionlar Liqası: Bu gün daha 2 oyun olacaq

UEFA Çempionlar Liqası: Bu gün daha 2 oyun olacaq

Hazırda oxunan: UEFA Çempionlar Liqası: Bu gün daha 2 oyun olacaq
69361
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olacaq.

İngiltərə təmsilçilərindən "Liverpul" cavab oyununu evdə, "Mançester Siti" isə səfərdə keçirəcək. Mersisaydlılar ilk matçda Portuqaliyada 3:1 hesabı ilə qalib gəldiyi "Benfika"nı qəbul edəcək. Görüşün baş hakimi niderlandlı Serdar Gözübüyük olacaq.

Qarşılaşma öncəsi meydan sahiblərinin heyətində hər hansı itki yoxdur. Qonaqlarda isə Rafa Silva zədə səbəbindən oynamayacaq.

"Mançester Siti" isə İspaniyada Madrid "Atletiko"sunun qonağı olacaq. "Şəhərlilər" evdəki ilk görüşdə minimal hesablı qələbə qazanıb. Matçı almaniyalı Daniel Zibert idarə edəcək.
 

Madrid klubunda Xose Mariya Ximenes və Ektor Erreranın meydana çıxması sual altındadır. Mançester təmsilçisində isə Qabriel Jezus cəzalı olduğu üçün oyunu buraxcacaq.
 

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

13 aprel

23:00. "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya)

Baş hakim: Serdar Gözübüyük (Niderland)

İlk oyun - 3:1

23:00. "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə)

Baş hakim: Daniel Zibert (Almaniya)

İlk oyun - 0:1

Qeyd edək ki, yarımfinalda "Liverpul" - "Benfika" cütünün qalibi İspaniya "Vilyarreal" ilə, "Atletiko" (Madrid) - "Mançester Siti" görüşünün güclüsü isə İspaniya "Real Madrid" ilə qarşılaşacaq.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO