Şahmatçımızın yazdığı statusla bağlı bağlı Federasiyadan RƏSMİ AÇIQLAMA

Şahmatçımızın yazdığı statusla bağlı bağlı Federasiyadan RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Şahmatçımızın yazdığı statusla bağlı bağlı Federasiyadan RƏSMİ AÇIQLAMA
68566
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şahmat üzrə Azərbaycan milli komandasının üzvü Rauf Məmmədovun FIDE bayrağı altında yarışlarda iştirakdan imtina etməsi ilə bağlı yazdığı fikirlərə Şahmat Federasiyasından münasibət bildirilib.

Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Mahir Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, R.Məmmədov yazdıqlarına özü aydınlıq gətirib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan şahmatçısı FIDE turnirlərində iştirakdan imtina etdi – SƏBƏBİ BUDUR  


"Rauf Məmmədov özü yazdığı postla bağlı fikirlərinə ətraflı izah verdi. Hesab edirəm ki, onun açıqlamasından sonra əlavə şərhə ehtiyac yoxdu. 

FİDE rəhbəri Arkadiy Dvorkoviçə gəlincə, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Ukraynadakı hadisələrə münasibətini aydın şəkildə göstərib, tamamilə sülh tərəfdarı olduğunu söyləyib. A.Dvorkoviç  böyük çətinliklərlə üzləşən Ukraynanın dinc əhalisinin yanında olduğunu bildirib. 

İdmançıya yaraşmayan açıqlamalarla gündəmə gələn Rusiya şahmatçısı Sergey Karyakin FİDE tərəfindən tənqid olunub və sanksiyaya məruz qalıb.

Karyakin ən azı 6 ay şahmat yarışlarından uzaqlaşdırılıb. FİDE ailəsi heç vaxt hərbi hadisələrin tərəfdarı olmayıb və sülhün bərqərar olmasını arzulayır”, - deyə M.Məmmədov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO