FİFA oyunların vaxtını artırır - 100 dəqiqədən çox olacaq

FİFA oyunların vaxtını artırır - 100 dəqiqədən çox olacaq

Hazırda oxunan: FİFA oyunların vaxtını artırır - 100 dəqiqədən çox olacaq
68292
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

FİFA matçların vaxtının daha səmərəli istifadə olunmasını istəyir.

Bizim.Media “Corriere dello Sport”a istinadən xəbər verir ki, dünyanın ali futbol qurumu oyunların müddətini artırmaq niyyətindədir.

Bunun üçün birinci və ikinci hissələrdə kompensasiya olunan vaxtın müddətinin uzadılması nəzərdə tutulur. Bəzi hallarda oyunların dayanma vaxtı nəzərə alınmaqla, matçın müddəti 100 dəqiqədən çox olacaq. Bu yaxınlarda İtaliyaya səfər edən FİFA prezidenti Canni İnfantino da belə bir fikrin nəzərdən keçirildiyini təsdiqləyib.

Yeniliklər Qətərdə təşkil olunacaq növbəti dünya çempionatında sınaqdan keçirilə bilər. Lakin bunun üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (İFAB) təsdiqi lazımdır.

Qeyd edək ki, DÇ-2022 21 noyabr-18 dekabr tarixlərində Qətərdə keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO