Azərbaycan taekvondoçusu klublararası Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan taekvondoçusu klublararası Avropa çempionatında gümüş medal qazanıb

Hazırda oxunan: Azərbaycan taekvondoçusu klublararası Avropa çempionatında gümüş medal qazanıb

630635

Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo üzrə klublararası Avropa çempionatında ilk medalını rəsmiləşdirib.

"Alpman" klubunun üzvü Səlimə Quliyeva fəxri kürsüyə yüksəlib.

Gənclərin mübarizəsində 42 kq çəki dərəcəsində dayanq üzərinə çıxan idmançı 1/8 finalda britaniyalı Gina Beynə (“Horizon” Taekvondo Akademiyası) 2:0 hesabı ilə qalib gəlib. O, ardınca eyni hesabla Almaniyanın “TVBB Elit” klubundan Stefani Nikolayevanı məğlub edib.

Quliyeva yarımfinalda Vasiliki Papadopoulounu (“Açilleas Egaleo”, Yunanıstan) eyni hesabla yenib. Taekvondoçu finalda Mixalina Vrobellə (Polşa klubu) üz-üzə gəlib. Rəqibinə 1:2 hesabı ilə uduzan Quliyeva ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, yarış aprelin 30-da yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO