Neymar Braziliya millisindəki karyerasını BAŞA VURDU

Neymar Braziliya millisindəki karyerasını BAŞA VURDU

Hazırda oxunan: Neymar Braziliya millisindəki karyerasını BAŞA VURDU

628236

"Santos"un hücumçusu Neymar Braziliya milli komandasındakı karyerasını rəsmən başa vurduğunu elan edib.

Bizim.Media xəbər verir ki, onun sözlərini "Goal" portalı sitat gətirib.

"Millidəki vaxtım başa çatdı. Mən tarix yazdım və çox xoşbəxtəm. Bu işə qanımı və tərim qatdım, hər zaman sarı forma üçün savaşdım, lakin artıq bunu etmək istəmirəm", — deyə Neymar bildirib.

Braziliya 2026-cı il dünya çempionatında mübarizəni 1/8 final mərhələsində dayandıraraq, Norveç yığmasına 1:2 hesabı ilə uduzub. Erlinq Holand 79 və 90-cı dəqiqələrdə dubl edib.
 

Zədədən sonra bərpa prosesi keçdiyi üçün dünya birinciliyinin ilk iki oyununu qaçıran Neymar isə 67-ci dəqiqədə əvəzetmədən meydana daxil olub. O, 90+10-cu dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı azaltsa da, bu, komandanı xilas etməyib.


Bu oyun Neymar üçün dünya çempionatlarında 15-ci matç olub — bu göstəriciyə görə futbolçu üçqat dünya çempionu Peleni geridə qoyub. Onun Braziliya millisinin heyətində 130 oyunda 80 qolu var ki, bu da komanda tarixinin rekord göstəricisidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO