
- A-
- A
- A+
İdman
15:12 / 22.01.2026
1 dəq oxunma
“Qarabağ”ın müdafiəçisi Çempionlar Liqasının ən yaxşıları SIRASINDA
Hazırda oxunan: “Qarabağ”ın müdafiəçisi Çempionlar Liqasının ən yaxşıları SIRASINDA
592128
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunun oyunlarından sonra statistik məlumatlar yenilənib.
Bizim.Media xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Kevin Medina da ən yaxşılar arasında yer alıb.
Kolumbiyalı futbolçu 7 tur ərzində ən çox top qazanan oyunçular arasındadır. 52 dəfə top qazanan Medina bu göstəricidə 5-ci yerdədir.
Cədvələ "Atletik"in müdafiəçisi Aytor Parades (68) başçılıq edir. "Atalanta"dan Odilon Kossunu (56) 2-ci, "Kayrat"dan Yeqor Sorokin (54) 3-cü, "Slaviya"dan David Zima (53) isə 4-cüdür.
Qeyd edək ki, Kevin Medina bu mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol vurub.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































