Azərbaycanlı futbolçunun Portuqaliyada ilk qolu – VİDEO 

Hazırda oxunan: Azərbaycanlı futbolçunun Portuqaliyada ilk qolu – VİDEO 

37962

Portuqaliya çempionatında 6-cı turun oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə “Braqa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. 

Renat 79-cu dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu 86-cı dəqiqədə millimizin forvardı vurub.

Qeyd edək ki, “Tondela” 6 turdan sonra 3 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO