Kişi voleybolçular arasında Gümüş Avropa Liqasında V turun oyunlarına start verilib.
xa0
Tur çərçivəsində Azərbaycan yığması Gürcüstanı qəbul edib.xa0
Fərid Cəlalovun yetirmələri səfərdə olduğu kimi, bu dəfə qonşu ölkə təmsilçisini məğlub ediblər. Komandamız rəqiblərinə set vermədən qalib gəlib – 3:0.xa0
B qrupunda yer alan komandamız seçmə mərhələnin son - VI turunda evdə Danimarka ilə üz-üzə gələcək. Görüş iyunun 15-də olacaq.xa0
Gümüş Avropa Liqası
B qrupu
V tur
Azərbaycan – Gürcüstan - 3:0 (25:17, 25:8, 25:22)
Hakimlər: Vladimir Kukaşinov (Belarus), Fuad Ağayev (Azərbaycan)
Bakı. Voleybol Mərkəzi

Qeyd edək ki, qrupumuzun digər oyununda Danimarka Rumıniya ilə gücünü yoxlayacaq. (APA)


































































































