Klublar onlara ayrılan vəsaiti hara xərcləyir? – AFFA-dan AÇIQLAMA

Klublar onlara ayrılan vəsaiti hara xərcləyir? – AFFA-dan AÇIQLAMA

Hazırda oxunan: Klublar onlara ayrılan vəsaiti hara xərcləyir? – AFFA-dan AÇIQLAMA
243588
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Premyer Liqa klublarının vəsaiti meyarlar üzrə bölüşdürmə prinsipi açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu, AFFA-nın maliyyə hesabatında yer alıb. 
 

Klubların onlara ayrılan 3 milyon manatı 2023/24 və 2024/25 mövsümlərində necə bölüşdürməsi dəqiqləşib. Premyer Liqa Lisenziyasının alınmasına ötən mövsüm 2 milyon, cari çempionatda 1 milyon 600 min sərf olunub.


Klub nəzdində uşaq futbolunun inkişafına 500 min (2023/24 mövsümündə 400 min), infrastruktur layihələrinin gerçəkləşdirilməsinə 850 min (2023/24 mövsümündə 300 min) manat ayrılıb.

Qadın futbolunun inkişafına bir il əvvəlki kimi 50 min nəzərdə tutulub.

2023/24 mövsümündə Futbol klubunun regionda filialının, akademiya və ya seksiyasının açılması və onun davamlı fəaliyyəti üçün 50 min, əvəzedici komandaların saxlanılmasına 150 min, marketinq, PR, SMM işlərinin aparılması, müxtəlif FSR tədbirlərin keçirilməsinə 40 min manat nəzərdə tutulmuşdusa, cari çempionatda belə meyarlar yer almayıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO