“Şahdağ Qusar” və “Şəfa” Birinci Liqaya YÜKSƏLDİ

“Şahdağ Qusar” və “Şəfa” Birinci Liqaya YÜKSƏLDİ

Hazırda oxunan: “Şahdağ Qusar” və “Şəfa” Birinci Liqaya YÜKSƏLDİ
243083
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 20-ci tura start verilib.

Bizim.Media xəbər verir ki, bu gün lider "Şahdağ Qusar" və "Şəfa" qələbə qazanaraq mövsümün bitməsinə 6 tur qalmış 1-ci Liqaya vəsiqəni təmin edib.
 

2-ci Liqada ilk üç yeri tutan komandalar 1-ci Liqaya yüksəlir. Xallarını 58-ə yüksəldən qusarlılar 4-cü pillədəki "Haypers Quba"nı 22 xal qabaqlayır. 55 xalı olan "Şəfa" isə 4-cü yerdən 19 xal öndədir.


"Qusar" - "Lerik" 3:2

Qollar: M.Rzayev, 47, M.Xəlilov, 84, F.Ağalarov, 90+2 - P.Ağazadə, 15, R.Quluzadə, 17

"Şəfa" - "Şəki Siti" 6:0

Qollar: A.Yunanov, 41, 52, 56, 80, 84, E.Nəsibov, 83

"Şahdağ Qusar" - "Haypers Quba" 2:1

Qollar: T.Qurbatov, 19, V.Hüseynov, 90+5 - C.İmamverdiyev, 36

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO