Millimizin üzvü Polşa klubuna KEÇİR

Millimizin üzvü Polşa klubuna KEÇİR

Hazırda oxunan: Millimizin üzvü Polşa klubuna KEÇİR
236260
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Polşaya yollanıb.  

Bizim.Media xəbər verir ki, bu ölkənin “TVP SPORT” portalı Dadaşovun millimizin digər futbolçusu Rahil Məmmədovun formasını geyindiyi “Radomyak”la müqavilə imzalayacağını yazıb. 

Renat “Ekstraklasa”nın 22-ci turunun “Legiya” ilə keçirilmiş oyununda da stadionda olub (3:1) olub.

“Radomyak”ın baş məşqçisi, portuqaliyalı Joao Enrikeş 25 yaşlı hücumçunun mümkün transferi ilə bağlı fikirlərini bildirib: 
 

“Bu, bizim tanıdığımız oyunçudur. O, əlbəttə ki, bizə başqa variant təqdim edə və bizə yeni imkanlar verə bilər. Artıq dedim ki, son anda transfer imkanı yaranarsa, bundan yararlana biləcəyik. İnanıram ki, azərbaycanlı komandaya kömək edəcək. O, Perotti və Tapsoba ilə müqayisədə fərqli tipli futbolçudur”.


Xatırladaq ki, Renatın son klubu Türkiyənin “Ankaragücü” klubu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO