Bu gün Azərbaycan Kubokunda daha 4 oyun keçiriləcək

Bu gün Azərbaycan Kubokunda daha 4 oyun keçiriləcək

Hazırda oxunan: Bu gün Azərbaycan Kubokunda daha 4 oyun keçiriləcək
218257
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha dörd oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, Misli Premyer Liqasında mübarizə aparan üç komanda - “Araz-Naxçıvan”, “Kəpəz” və “Səbail” mübarizəyə start verəcəklər.

Günün ilk matçı Sumqayıtda reallaşacaq. “Kapital Bank Arena”nın ehtiyat meydançasında MOİK “Şimal”ı qəbul edəcək. Görüş saat 14:00-da başlayacaq.

“Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Şahdağ Qusar”la, “Kəpəz” Tovuz şəhər stadionunda “Ağdaş”la münasibətlərini aydınlaşdıracaq. Hər iki görüş saat 16:00-da start götürəcək.

Saat 18:00-da isə “Dinamo” (Bakı) klubu “ASCO Arena”da “Səbail”i qəbul edəcək.

Bu raundun digər qarşılaşmaları oktyabrın 30-31-də təşkil olunacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk matçında "Turan Tovuz" “Hypers Guba”nı 7:2 hesabı ilə məğlub edərək, 1/8 finalda “Sabah”a rəqib olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO