
- A-
- A
- A+
Спортивный
20:08 / 25.09.2017
1 dəq oxunma
Azərbaycan 1/4 finalda - Yenilənir
Hazırda oxunan: Azərbaycan 1/4 finalda - Yenilənir
193002
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının qrup mərhələsində son oyununu keçirəcək. Moderator.az xəbər verir ki, yığmamız Almaniya ilə qarşılaşacaq.xa0
Komandamız bu görüşdə 1 hissədə qalib gələcəyi halda birbaşa ¼ finala qatılacaq.
Avro-2017
Qrup mərhələsi
25 sentyabr
A qrupu
III tur
xa0
18:00. Almaniya ”“ Azərbaycan
Hakimlər: Stefan Takayçvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya)
***
Matça millimiz yaxşı başlasa da, setin ortalarında alman voleybolçular 3 xal önə keçiblər. Bu fərq setin sonlarında daha da artıb və Almaniya komandası ilk hissəni 25:19 qazanıb.
Qeyd edək ki, bu, millimizin Avro-2017-də məğlub olduğu ilk setdir. Komandamız bundan öncəki 2 oyunu da 3-0 qazanmışdı.
***
İkinci hissədə müdafiədə və bloklarda daha inamlı oynayan millimiz, hücumlarda da daha dəqiq oynayaraq üstünlük qurublar. Komandamız ilk setin əvəzini çıxaraq 19:25 hesabı ilə qalib gəlib. Hazırda ümumi hesab 1-1-dir.
***
Voleybolçularımız 3-cü setdə üstünlüyünü biraz da möhkəmləndiriblər. Rəqibi bütün komponentlərdə üstələyən komandamız ikinci seti 18:25 qalib başa vurub.
Beləliklə, ümumi hesabda önə keçən Azərbaycan millisinin xal qazanacağı və qrup lideri olacağı dəqiqləşib. Bununla da komandamız Avro-2017-də 1/4 finala vəsiqəni təmin edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































