Dünya çempionu Ramil Quliyev:  “Azərbaycan bizim ürəyimizdir”x9d

Dünya çempionu Ramil Quliyev: “Azərbaycan bizim ürəyimizdir”x9d

Hazırda oxunan: Dünya çempionu Ramil Quliyev: “Azərbaycan bizim ürəyimizdir”x9d
188184
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
“Azərbaycan bizim ürəyimizdir”x9d.xa0

Bu sözləri İstanbulun Atatürk adına aeroportunda APA-ya verdiyi açıqlamada xa0Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanan Ramil Quliyev deyib.
xa0
İstanbulun Atatürk adına aeroportunda dünya çempionu Ramil Quliyev üçün qarşılama mərasimi təşkil edilib. Ramil Quliyev pasport nəzarətini keçəndən sonra Türkiyənin gənclik və idman naziri Osman Aşkın Bak zəng edərək çempionu təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
xa0
Ramil Quliyev və məşqçisi Oleq Muxin APA-nın Türkiyə müxbirinin suallarını cavablandırıb:
xa0
- Dünyanın ən sürətli adamı Useyn Bolt karyerasına nöqtə qoyanda səhnəyə Ramil Quliyev çıxdı. Səhv dəyərləndirmə olmadı ki?
xa0
Ramil Quliyev: Useyn Bolt artıq yarış səhnəsindən çəkildi. Niyə mənim xa0də onun rekordlarını xa0qırmaq və onu keçmək hədəflərim olmasın? İndi bütün gücümlə Avropa çempionu olmaq üçün hazırlaşacağam. Dünya çempionu olmuş bir insanın Avropa çempionluğundan aşağı hədəfi ola bilərmi?.
xa0
- Azərbaycana siz hansı mesajı vermək istərdiniz?
xa0
Ramil Quliyev: xa0Məşqçim Oleq Muxinin dediyi kimi, Azərbaycan bizim ürəyimizdir. Yarışların hamısına xa0qəlbimdəki xa0Azərbaycan və Türkiyə sevgisi ilə çıxmışam. Mənim üçün həyəcan keçirən, sevincimi paylaşan hamını xa0ürəkdən salamlayıram.
xa0
Dünya çempionunun məşqçisi Oleq Muxinin sözlərinə görə, o, Ramil Quliyevin dünya çempionu olacağına həmişə inanıb: "Londondakı çempionata yaxşı hazırlaşdığımız kimi, orada olarkən gündəlik prosesləri çox yaxından izləyirdim. Yarışın hər mərhələsinə uyğun qurduğumuz planı uğurla həyata keçirdik. Yarımfinalda Ramilin çempion olacağına artıq əmin idim. Biz bütün işlərimizi elmi əsaslar üzərində qurduğumuza görə, qələbə uğrunda daha inamla mübarizə aparırıq”x9d.
xa0
- Bu özəl gündə Azərbaycana hansı mesajı vermək istərdiniz?
xa0
- Oleq Muxin: "Azərbaycan bizim ürəyimizdir. Biz vətənimizi bir an da olsa, unutmuruq. Yay məzuniyyətimizdə Azərbaycana gedirik. Buradan ölkəmizə çox salam göndəririk”x9d.
xa0
İstanbul aeroportundakı qarşılama mərasimindən sonra məşqçi Oleq Muxin və dünya çempionu Ramil Quliyev Ankaraya gediblər. Prezident Rəcəb Tayyib Ərdoğanın 15 avqustda O.Muxin və R.Quliyevi qəbul etməsi gözlənilir. Dünya çempionu Ramil Quliyevin lisenziyalı idmançısı olduğu “Fenerbahçe”x9d klubundan APA-ya daxil olan məlumata görə, avqustun 20-də xa0Türkiyə super liqasında oynanacaq xa0Fənərbahça-Trabzonspor matçı xa0O.Muxin və R. Quliyevin topa vurmaları ilə başlayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO