“Barselona” növbəti dəfə qolsuz bərabərliyə razılaşdı

“Barselona” növbəti dəfə qolsuz bərabərliyə razılaşdı

Hazırda oxunan: “Barselona” növbəti dəfə qolsuz bərabərliyə razılaşdı
131110
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə İspaniya çempionatının 29-cu turunda “Barselona” səfərdə “Xetafe”nin öhdəsindən gələ bilməyib – 0:0.

Bizim.Media xəbər verir ki, oyun qonaq komandanın üstünlüyü ilə keçsə də, tərəflərdən heç biri hücumlarını qola çevirə bilməyib.

Xüsusilə 25-ci dəqiqədə katalonlar – Rafinya və Balde ard-arda qapı dirəyinə zərbə endiriblər.

Beləliklə, “Barselona” növbəti dəfə La Liqada qolsuz bərabərliyə razılaşıb. Daha öncə onlar “Jirona” ilə heç-heçə etmişdilər. Xavinin yetirmələri bütün turnirlər daxil olmaqla 3 oyundur qalib gələ bilmirlər. “Barselona”nın növbəti rəqibi “Atletiko” olacaq. Matç aprelin 23-də Bakı vaxtı ilə 18:15-də başlayacaq.
Katalonlar La Liqada zirvəni qorumağa davam edirlər. Onlar ən yaxın izləyiçi – “Real Madrid”i 11 xalla qabaqlayırlar. “Xetafe” isə 31 xalla 15-ci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO