Azərbaycanın qadın güləşçiləri mövqelərini qoruyublar  - SİYAHI

Azərbaycanın qadın güləşçiləri mövqelərini qoruyublar - SİYAHI

Hazırda oxunan: Azərbaycanın qadın güləşçiləri mövqelərini qoruyublar - SİYAHI
119931
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Dünya Güləş Birliyi 2016-cı ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.

Moderator.az-ınAzərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, qadın güləşçilərin reytinq sıralamasında 7 güləşçimizin adı var. Güləşçilərimiz yanvar ayında turnirlərdə iştirak etmədiyinə görə mövqelərində irəliləyiş olmayıb. Son dünya çempionatının gümüş medalçısı Mariya Stadnik reytinq siyahısında ikinciliyini qoruyub.

Mövqeyini qoruyan güləşçilərimiz həm də Anjela Doroqan (53 kq, 6-cı yer), Nataliya Sinişin (55 kq, 7-ci yer) və İrina Netreba (60 kq, 4-cü yer) olub. Dünya çempionatının bürünc medalçısı Yuliya Ratkeviç idə 2 pillə geriləyərək 6-cı yerdə qərarlaşıb.

48 kq
2. Mariya Stadnik - Dünya çempionatı 2-ci yer (2)

53 kq
6. Anjela Doroqan - Dünya çempionatı 5-ci yer (6)

55 kq
7. Nataliya Sinişin - Qızıl Qran Pri 2-ci yer (7)
13. Alyona Kolesnik - U-23 AÇ 1-ci yer (12)

58 kq
6. Yuliya Ratkeviç - Dünya Çempionatı 3-cü yer (4)

60 kq
4. İrina Netreba - Polşa turniri 3-cü yer (4)

63 kq
18. Nadya Muşka - Polşa turniri 2-ci yer (14)

İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO