Atletlər komissiyasının loqosu təqdim olundu

Atletlər komissiyasının loqosu təqdim olundu

Hazırda oxunan: Atletlər komissiyasının loqosu təqdim olundu
115225
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının loqosu təqdim olunub.

Bizim.Media xəbər verir ki, bununla bağlı keçirilən mıərasimdə idmançılar və federasiya nümayəndələri iştirak ediblər.

Çıxış edən komissiyanın sədri, cüdoçu Rüstəm Orucov təşkilatın əhəmiyyətindən danışıb, atletlər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, mövcud problemlərin həlli istiqamətində görüləcək işlər barədə məlumat verib.
Sonra komissiyanın loqosu təqdim olunub. Komissiyanın üzvü, taekvondoçu Fəridə Əzizova loqonun Olimpiya halqaları ilə idman növlərinin vəhdətindən təşkil olunduğunu deyib. Bildirilib ki, loqo dostluğu, birliyi və bərabərliyi ehtiva edir.

Loqoda, həmçinin idmançıların həmrəyliyi, ümumbəşəri dəyərlərə sadiqlik və Olimpiya ruhu əksini tapıb.

Daha sonra iştirakçılara “Athlete 365” beynəlxalq platforması barədə məlumat verilib. Komissiyanın üzvü atlet Nazim Babayev platformanın üstünlüklərindən danışıb.
Sonda Olimpiya çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Fərid Mansurov uğurlu karyerası barədə məlumat verib və iştirakçıların suallarını cavablandırıb.

Rəşad Rafiqoğu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO