Azərbaycanın şahmat komandaları Avropa çempionatında medal qazana bilməyib

Azərbaycanın şahmat komandaları Avropa çempionatında medal qazana bilməyib

Hazırda oxunan: Azərbaycanın şahmat komandaları Avropa çempionatında medal qazana bilməyib
107528
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
İslandiyanın paytaxtı Reykyavikdə keçirilən komandalararası Avropa çempionatına yekun vurulub.
"Report"un məlumatına görə, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları IX turda fərqli nəticələr göstərib.
Kişilərdən ibarət yığma son turda qara fiqurlarla Almaniya ilə heç-heçə edib - 2:2. Birinci lövhədə Şəhriyar Məmmədyarov Liviu-Diter Nisipyanunu yensə də, Teymur Rəcəbov Georq Mayerlə, Rauf Məmmədov Daniel Fridmanla heç-heçə edib. Eltac Səfərli isə Rayner Buhmana uduzub. Bu nəticə ilə Aleksandr Halifmanın kapitanı olduğu komanda 11 xalla 7-ci yeri tutub.
Qadın millimiz isə ağ fiqurlarla İngiltərəyə qalib gəlib - 3,5:0,5. Gülnar Məmmədova Danya Siuksaytı, Nərmin Kazımova Zivile Sarakauskieneni, Ülviyyə Fətəliyeva Kanval Bhatyanı yenib. Birinci lövhədəki Zeynəb Məmmədyarova isə Yovanka Huska ilə heç-heçə edib. Beləliklə, Fikrət Sideifzadənin kapitanı olduğu komanda çempionatı 9 xalla 16-cı pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət komandası 2009 və 2013-cü illərdə Avropa çempionu olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO