Şirvanda nişanlı qız özünü Kürə atıb

Şirvanda nişanlı qız özünü Kürə atıb

Hazırda oxunan: Şirvanda nişanlı qız özünü Kürə atıb

76771
Şirvan şəhərində intihar olub.
 
Şirvan Şəhər Prokurorluğundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, şəhər sakini, Bayramlı qəsəbəsinin Hüseyn Cavid küçəsində yaşayan, 1996-cı il təvəllüdlü Rüstəmova Elnarə Rahib qızı özünü evlərinin yaxınlığından keçən Kür çayına atıb.
 
Hadisənin səhər saatlarında baş verdiyi güman edilir. Onun meyiti çaydan çıxarılaraq müayinə üçün aidiyyəti quruma təhvil verilib.
 
Qohumlarının bildirdiyinə görə, qız nişanlı olub.
 
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO