
- A-
- A
- A+
Hadisə
09:15 / 03.04.2023
1 dəq oxunma
Bakıda piyadaları vuraraq öldürən sürücülər hadisə yerindən qaçıblar
Hazırda oxunan: Bakıda piyadaları vuraraq öldürən sürücülər hadisə yerindən qaçıblar
619631
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakıda piyadaların ölümü ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bakıxanov qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi dövlət qeydiyyat nömrəsi bəlli olmayan “Reno” markalı avtomobillə piyada, 1959-cu il təvəllüdlü Məlikova Simuzər Nurməmməd qızını vuraraq hadisə yerindən qaçıb.
Piyada S.Məlikova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin 1997-ci il təvəllüdlü Əhmədov İsmət Habil oğlu olduğu müəyyən edilərək saxlanılıb.
Bundan başqa naməlum sürücü idarə etdiyi avtomobillə Sabunçu qəsəbəsi ərazisində hərəkətdə olan piyada, 1956-cı il təvəllüdlü İsmayılov Elyaz Həsən oğlunu vuraraq hadisə yerindən qaçıb. Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
































































































