Lerik sakini maşının yük yerindən yıxılması nəticəsində ölüb

Lerik sakini maşının yük yerindən yıxılması nəticəsində ölüb

Hazırda oxunan: Lerik sakini maşının yük yerindən yıxılması nəticəsində ölüb

617597

Lerik rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Hadisə Lerik rayonunun dağlıq Siyov kəndində baş verib. 1989-cu il təvəllüdlü Pərviz Tofiq oğlu Höccətov hərəkətdə olan "UAZ" markalı maşının yük hissəsindən yerə düşüb. Xəsarət alan şəxs Lənkəran rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilsə də, aldığı kəllə-beyin travmasından dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO