“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

Hazırda oxunan: “Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

621770

"Qalatasaray"ın müdafiəçisi Vilfrid Sinqo karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. 

Bizim.Media xəbər verir ki, "İnter" Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir.

Bu barədə "Milliyet" nəşri məlumat yayıb.

İtaliya çeempionu Sinqo üçün İstanbul klubu ilə danışıqlarla başlamağı planlaşdırır. "Cim bom" futbolçusu üçün 55 milyon avro qiymət qoyub.

Qeyd edək ki, "Qalatasaray" Vilfrid Sinqonu 2025-ci ilin yayından "Monako"dan 30 milyon avroya transfer edib.

25 yaşlı mərkəz müdafiəçisi "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 29 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO