FHN-in Türkiyədəki mobil səhra hospitalında 215 zərərçəkənə tibbi xidmət göstərilib - FOTO/VİDEO

FHN-in Türkiyədəki mobil səhra hospitalında 215 zərərçəkənə tibbi xidmət göstərilib - FOTO/VİDEO

Hazırda oxunan: FHN-in Türkiyədəki mobil səhra hospitalında 215 zərərçəkənə tibbi xidmət göstərilib - FOTO/VİDEO

598189
Türkiyədə Fövqəladə Hallar Nazirliyi (FHN) mobil səhra hospitalında 215 nəfərə tibbi xidmət göstərilib.
 
Bu barədə FHN-dən məlumat verilib.
 
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalı zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir.
 
Belə ki, mobil səhra hospitalında ötən günlər ərazində 215 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.
 
Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO