İsmayıllıda 2-ci

İsmayıllıda 2-ci "Ford" aşdı : 2 ölü, 5 yaralı

Hazırda oxunan: İsmayıllıda 2-ci "Ford" aşdı : 2 ölü, 5 yaralı

57133
İsmayıllı rayonunda sərnişin mikroavtobusu yoldan çıxaraq aşıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb, 5 nəfər xəsarət alıb. Hadisə bu gün saat 10:00 radələrində Muğanlı-İsmayıllı yolunun 25-ci kilometrliyində İsmayıllının Basqal kəndi ərazisində qeydə alınıb.
 
Bakı-Şəki marşrutu ilə hərəkət edən “Ford Tranzit” markalı sərnişin mikroavtobusun sürücüsü idarəetməni itirdiyindən maşın yoldan çıxaraq aşıb.
 
Yaralılar İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ölən və yaralanan şəxslərin şəxsiyyəti hələlik müəyyən edilməyib. Hadisəyə səbəb kimi havanın yağmurlu, yolun sürüşkən olması bildirilir.  
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO