Azərbaycanlı mer niyə öldürüldü?

Azərbaycanlı mer niyə öldürüldü?

Hazırda oxunan: Azərbaycanlı mer niyə öldürüldü?

50604
Ukraynanın Poltava vilayətində ötən gün evinin qarşısında güllələnən azərbaycanlı merin ölümü barədə açıqlamalar verilib.

Moderator.az-ın  məlumatına görə, Ukraynanın hüquq-mühafizə orqanları əslən azərbaycanlı olan Kremençuq şəhərinin meri Oleq Babayevin qətlə yetirilməsi ilə bağlı bir neçə versiyanı nəzərdən keçirirlər. 

Bu barədə Poltava vilayəti üzrə DİN İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yuri Sulayev məlumat verib:

“Oleq Babayevin peşəkar, sahibkarlıq fəaliyyəti və yaxud qətlin şəxsi zəminində törədilməsi kimi bir neçə ehtimallar mövcuddur”.

Xatırladaq ki, "Batkivşina" partiyasından keçmiş deputat olan O.Babayevin 49 yaşı olub. Oleq Babayev Poltava vilayətinin Kremençuk şəhərinin hazırki meri vəzifəsini daşıyıb.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO