Baş Prokurorluq Moderator.az-ın xəbərini rəsmən təsdiqlədi

Baş Prokurorluq Moderator.az-ın xəbərini rəsmən təsdiqlədi

Hazırda oxunan: Baş Prokurorluq Moderator.az-ın xəbərini rəsmən təsdiqlədi

46836
Mənzil Kommunal İstismar Sahəsinin rəisi Bəşir Bəşirova cinayət işi açılıb. 

Moderator.az-a Baş Prokurorluqdan verilən məlumata görə, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 117 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Bəşir Bəşirov “Ekspress servis” MMC-nin direktoru Rövşən Muradovla əlbir olub Bakı şəhər sakininə məxsus mənzilin özəlləşdirilməsi üçün tələb olunan sənədlərin verilməsi müqabilində vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətlərə görə ondan qeyd edilən cəmiyyətin ofisində 2.000 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanıb. Baxış zamanı B.Bəşirovun üzərindən daha 2.500 manat məbləğində pul aşkar edilərək götürülüb.

B.Bəşirov və R.Muradov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

***

Qeyd edək ki, bu barədə ilk dəfə Moderator.az xəbər tutmuşdu və "JEK müdiri qandallandı" başlığı ilə manşetdən vermişdi. Üstündən 3 gün keçdikdən sonra Baş Prokurorluqdan rəsmi təsdiq gəldi...

moderator.az/?xeber=46667

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO