Moderator.az Biznes.Ru saytına istinadən xəbər verir ki, Britaniyanın Letçuert şəhərində gecə dolmaq üçün elektrik xəttinə qoşulu qalan noutbuka görə ofis yanıb.xa0
Bu uğursuz noutbukun sahibi Stiv Paffet deyir ki, gündüz elə bu yerdəcə oturubmuş. Onun fikrincə, əgər cihaz elektrikə qoşulmuş vəziyyətdə yaxınlıqda olsaydı, ola bilsin üzü yanar və ya ölə bilərmiş.xa0
O həm də deyir ki, gecənin ortasında ofisdə yanğına görə həyəcan siqnalının səsinə oyanıb. O telefonla təcili xidmətlərə zəng edib və işə qaçıb ki, yanğını söndürsün. Yanğınsöndürənlər gələndə artıq alov xeyli zərər vurmuşdu. Yanğın nəticəsində birinci mərtəbə dağılıb, bütün avadanlıq yararsız hala gəlib. Binanın özü tamamilə tüstünün və çirkabın içində olub.
































































































