Sabirabadda yol qəzası nəticəsində 1 nəfər ölüb, 8 nəfəri yaralanıb -  YENİLƏNİB

Sabirabadda yol qəzası nəticəsində 1 nəfər ölüb, 8 nəfəri yaralanıb - YENİLƏNİB

Hazırda oxunan: Sabirabadda yol qəzası nəticəsində 1 nəfər ölüb, 8 nəfəri yaralanıb - YENİLƏNİB

206073
Sabirabadda yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi bəlli olub. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə,xa0 “Mercedes”x9d markalı 90 DO 551 dövlət nömrə nişanlı avtomobili idarə edən Əhmədov Əjdər hadisə yerində ölüb.

“Mercedes”x9din sərnişinləri Saatı sakini, 1962-ci il təvəllüdlü Tarverdiyev Ağamoğlan, 1988-ci il təvəllüdlü Tarverdiyeva Elvira Mehriban qızı,xa0 1988-ci il təvəllüdlü Tarverdiyev Müşfiq Atamoğlan oğlu, “Azsamand”x9d markalı 90 UR 412 dövlət nömrə nişanlı avtomobili idarə edən avtomobili idarə edən Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Hüseynov Hüseyn, sərnişin 1997-ci il təvəllüdlü Salmannov Səməd Tahir oğlu, daha 4 nəfər yüngül xəsarət alıb.

Xəsarət alanlardan 3 nəfəri azyaşlı uşaq olduğu bildirilir.xa0

Faktla bağlı araşdırma aparılır.xa0
xa0

xa0****xa0

Sabirabadda 1 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəza Hacıqabul-Bəhramtəpə yolunun Sabirabad rayon Nizami kəndi ərazisindən keçən hissəsində baş verib.xa0

Qəzanın təfərrüatları müəyyənləşdirilir.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO