Nuru Paşanın adına park salındı - FOTOLAR

Nuru Paşanın adına park salındı - FOTOLAR

Hazırda oxunan: Nuru Paşanın adına park salındı - FOTOLAR

191918

Moderator.az xəbər verir ki, İstanbulda Nuru Paşanın adına salınmış parkın açılışı olub.

Bakının işğaldan azad edilməsinin 99-cu ilində Qafqaz islam ordusu komandanı Nuru Paşanın şərəfinə İstanbulda onun adını daşıyan park açılıb.xa0

Qeyd edək ki, Nuru xa0Paşa (Nuri Killigil) Türkiyə silah sənayesinin iki qurucusundan biri sayılır. Nuru xa0Killigil parkı da Bakını xilas edən Türk generalının məhz sahibi olduğu həmin silah zavodunun yerində salınıb. Silah zavodunda 2 mart 1949-cu ildə baş vermiş partlayış nəticəsində Nuru Paşa və zavodun xa027 əməkdaşı şəhid olublar.xa0

İstanbulun Haliç körfəzinin Südlücə sahilində salınan parkın bu gün açılış mərasimi keçirilib.Türkiyənin tanınmış QHT rəhbərlərinin, iş adamlarının, siyasətçilərinin iştirak etdiyi açılış mərasimində Nuru Paşanın böyük qardaşı, Osmanlı ordularının son baş komandanı Ənvər Paşanın nəvəsi Arzu Ənvər Əroğan, Azərbaycan Demokratik Respublikası ilk hökumətinin baş naziri Fətəli xan Xoylunun qardaşı, general Hüseynqulu xan Xoylunun nəvəsi Kərim Məhmətzadə, Nuru Paşanın həyat və fəaliyyətindən bəhs edən kitabın müəllifi Atilla Oral və başqaları çıxış ediblər. Qonaqlar Nuru Paşanın həm Bakının işğaldan azad edilməsi həm də Türk silah sənayesinin yaradılmasındakı rolundan danışıblar.

İstanbul bələdiyyəsinin qərarıyla salınan Nuru xa0Killigil parkında gələcəkdə tanınmış general və silah istehsalçısının heykəlinin qoyulması da planlaşdırılır. Parkın salınması üçün lazım olan bütün xərcləri İstanbul bələdiyyəsi çəkib.xa0









Uğur


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO