Xəzərdə meyiti tapılan şəxsin itkin düşmüş neftçi olduğu müəyyənləşdi

Xəzərdə meyiti tapılan şəxsin itkin düşmüş neftçi olduğu müəyyənləşdi

Hazırda oxunan: Xəzərdə meyiti tapılan şəxsin itkin düşmüş neftçi olduğu müəyyənləşdi

189021
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft”x9d İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında”x9d Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qərardahdan APA-ya verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində avqustun 18-i saat 18:10 -da Daş Zirə (köhnə Vulf adası) adasında meyiti aşkar edilən şəxsin «Azneft» İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru”x9d vəzifəsində çalışmış 4 yanvar 1979-cu il təvəllüdlü Əsədov Samir Atabala oğlu olduğu müəyyən edilib.
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO