"Mühacir meyiti" necə donuz leşinə döndü - Morqda dəhşətÂxa0

Hazırda oxunan: "Mühacir meyiti" necə donuz leşinə döndü - Morqda dəhşətÂxa0

179480
xa0
Türkiyədə - Muğlanın Bodrum rayonunda bir mühacir olduğu güman edilən cəsəd dənizdən çıxarılaraq yarılması üçün morqa aparılıb. Morqda əməliyyat zamanı dəhşətli anlar yaşanıb.

Moderator.az Türk mediasına istinadla xəbər verir ki, müayinə zamanı bəlli olub ki, mühacir meyiti güman edilən əslində donuz leşi imiş.

Məlumata görə, Bodrumun Karaada Poyraz istiqamətində qayıqda gəzənlər dənizin 2-3 metr dərinliyində bir meyit görəndə bu haqda sahil təhlükəsizlik briqadalarına xəbər veriblər. Bölgəyə mütəxəssis dalğıclarla birlikdə gələn sahil təhlükəsizlik qrupları cəsədi çıxararaq xərəyə qoyublar. Meyit hadisə yeri araşdırma qruplarının burada keçirdiyi ilk araşdırmadan sonra cənazə maşınına qoyularaq yarılması üçün Bodrum Dövlət Xəstəxanası morquna aparılıb.

Prokurorun da iştirakı ilə keçirilən meyitin yarılması əməliyyatı zamanı ayaqlarında dırnaq olduğu görülən cəsədin bir donuza aid leş olduğu ortaya çıxıb. Donuz leşi torpağa basdırılıb.


Zəhra
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO