7 yaşlı Filip Kvansy anası Agnieskayı 2011-ci ildə xərçəngdən itirib. Keçən il özünə də uşaq miyelomonositik leykemiya diaqnozu qoyulub. Uşağın son arzusu isə anasının yanına basdırılmaqdır. Uşağın inancına görə, anası ona cənnətdə də baxacaq.xa0
Moderator.az xəbər verir ki, müalicələr uğursuz olandan sonra ailəsi uşağın son arzusunu gerçəkləşdirmək üçün hazırlıqlara başlayıb. Filippin son arzunu həyata keçirmək üçün Just Giving adlı ianə toplama səhifəsində 30.000 dollara qədər bir məbləğdə ianə gərəkdiyi barədə elan veriblər. İnsanların həssaslığı sayəsində qısa müddətdə gərəkəndən artıq ianə toplanıb. Uşağın son istəyini yerinə yetirmək üçün başlanan kampaniyadan 185.000 dollar ianə yığılıb.
Filip ötən cümə günü Londonda yerləşən Great Ormond Street Uşaq Xəstəxanasında həyata gözlərini yumub. 40 yaşlı ata Piotr Kvasny oğlunun son istəyini yerinə yetirmək üçün ona dəstək olan bütün insanlar təşəkkürlər edir: “Mənim kiçik oğlum getdi. İndi yanımda və qəlbimdə hər zaman bir boşluq olacaq, amma heç bir zaman unudulmayacaq və həmişə seviləcək. Hamıya təşəkkür edirəm. Sizin sayənizdə oğlum anasının yanına basdırılacaq. Filipə iki yaşında sümük iliyində anormal qan hüceyrələrinin yığılıb qalması ilə reallaşan nörofibromatoz diaqnozu qoyulmuşdu. O, müalicə ilə sağaldı. Amma sonradan ortaya çıxan xəstəliyinə edilən bütün müdaxilələrə baxmayaraq, xərçəng bağırsaqlara qədər yayıldı. Son dövrlərdə yalnız ağrıkəsici istifadə edirdi”x9d.
Zəhra































































































