İbn Sinanın tövsiyə etdiyi meyvə: əncirin faydaları

İbn Sinanın tövsiyə etdiyi meyvə: əncirin faydaları

Hazırda oxunan: İbn Sinanın tövsiyə etdiyi meyvə: əncirin faydaları
609229
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Orta əsr təbabətinin görkəmli nümayəndəsi İbn Sina min il əvvəl qələmə aldığı “Əl-Qanun fit-Tıb” (Tibb qanunu) əsərində müxtəlif xəstəliklərin müalicəsində təbii vasitələrin rolunu xüsusi vurğulayıb. Alimin yazdığına görə, ən faydalı meyvələrdən biri də əncirdir.

Bizim.Media xəbər verir ki, əncir əsərdə təkcə qida məhsulu deyil, eyni zamanda böyrək problemlərindən tutmuş dəri xəstəliklərinə qədər bir çox hallarda istifadə edilən təbii vasitə kimi təqdim olunur. Xüsusilə onun “təmizləyici” xüsusiyyəti ön plana çəkilir.

Mənbələrdə bildirilir ki, əncirin müntəzəm istifadəsi böyrək qumunun təmizlənməsinə və sidik kisəsinin fəaliyyətinin yaxşılaşmasına kömək edə bilər. Eyni zamanda, dəri rənginin yaxşılaşmasına təsir göstərdiyi də vurğulanır.
 

Alimin fikirlərinə görə, əncirin təkcə meyvəsi deyil, yarpağı, südü və bişmiş forması da müxtəlif məqsədlərlə istifadə olunub. Belə ki, əncir yarpağından alınan şirənin dəri problemlərinə qarşı tətbiq edildiyi, bişmiş əncirin isə boğaz və qulaq iltihablarında faydalı sayıldığı qeyd olunur.


Bununla yanaşı, xam əncirin yerli tətbiqinin dəri üzərindəki ləkə və ziyillərə qarşı istifadə edildiyi, əncir südünün isə yaraların sağalmasına kömək etdiyi bildirilir. Həmçinin, əncirin bronxlar və tənəffüs yolları üçün də faydalı olduğu, xroniki öskürək və sinə ağrılarında istifadə edildiyi vurğulanır.

Əncirin qaraciyər və dalaq fəaliyyətinə təsiri, eləcə də böyrək və sidik yollarının sağlamlığı üçün əhəmiyyəti də qeyd olunur. Bununla belə, mütəxəssislər bu kimi məlumatların əsasən ənənəvi təbabətə aid olduğunu, müasir tibbi müalicə üsullarını əvəz etmədiyini diqqətə çatdırırlar. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO