"Dəli Kür" sakitləşməyə başlayır: Zərdabda son vəziyyət – VİDEO

"Dəli Kür" sakitləşməyə başlayır: Zərdabda son vəziyyət – VİDEO

Hazırda oxunan: "Dəli Kür" sakitləşməyə başlayır: Zərdabda son vəziyyət – VİDEO

609286

Bir neçə gün əvvəl Kür çayının Zərdab rayonundan keçən hissəsində suyun səviyyəsində artım müşahidə olunurdu. Artıq ötən gündən etibarən çayda suyun səviyyəsində azalma müşahidə olunur. Belə ki, suyun səviyyəsi təxminən 150 sm enib.

Bu barədə Bizim.Media-nın aran bürosuna Zərdab rayon icra hakimiyyəti başçısının Bıçaqçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlif Qurbanov bildirib.

O bildirib ki, yaranmış vəziyyətlə bağlı rayon icra hakimiyyətində toplantı keçirildi, həm icra nümayədəliklərini əməkdaşları, həm də aidiyyatı qurumların texnikası və canlı qüvvəsi təhlükəli zonalara cəlb olundu, beləcə vəziyyət 24 saatlıq qrafiklə nəzarətə götürüldü.

Artıq ötən gündən başlayaraq Kürün səviyyəsində təbii enmə müşahidə olunmağa başlayıb. Bu da öz növbəsində təhlükənin sovuşmasınddan xəbər verir.
 

Qeyd edək ki, son günlər yağan intensiv yağışlar nəticəsində dağ çaylarından Kürə daxil olan suyun həcmi artıb, bu da çayda səviyyənin yüksəlməsinə səbəb olmuşdu. Nəticədə çayın mühafizə zolağında yerləşən iki fərdi yaşayış evi, eləcə də sakinlərə məxsus əkin sahələri, həyətyanı torpaq sahələri və meyvə bağları su altında qalıb. Xüsusilə rayonun Əlibəyli kəndində Kürə yaxın ərazilərdə yerləşən bəzi təsərrüfat sahələrində subasma halları qeydə alınıb ki, bu da sakinlər arasında narahatlıq yaradıb.


Hadisədən dərhal sonra müvafiq qurumların əməkdaşları əraziyə cəlb olunaraq operativ baxış keçirib, vəziyyəti yerində qiymətləndirib və təhlükəsizlik tədbirlərini gücləndirib.

Rayon Fövqəladə Hallar Komissiyası, Su Ehtiyatları Agentliyi, bəndlərin istismarına cavabdeh qurumlar və yerli icra nümayəndələrinin iştirakı ilə monitorinqlər aparılıb, vəziyyətlə bağlı müvafiq aktlar tərtib olunub.

Hazırda isə vəziyyət sabitləşməyə doğru gedir. Həm Kür çayında, həm də ona qovuşan digər çaylarda suyun səviyyəsində azalma müşahidə olunur. Mühafizə zolağında toplanan sular tədricən geri çəkilir, əkin sahələri və bağlarda suyun çəkilməsi prosesi davam edir.






Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO