“Neftçi” – “Qarabağ” matçına 6000 bilet SATILIB

“Neftçi” – “Qarabağ” matçına 6000 bilet SATILIB

Hazırda oxunan: “Neftçi” – “Qarabağ” matçına 6000 bilet SATILIB
609271
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Misli Premyer Liqasının 29-cu turunun “Neftçi” – “Qarabağ” matçına 6000 bilet satılıb.

Bizim.Media xəbər verir ki, satışı davam edən biletləri “Neftçi”nin mobil tətbiqindən və //bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
 

Stadionuun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq. Bundan əlavə, matçdan əvvəl azarkeşlər üçün 3 nöqtədə əyləncəli fan zona təşkil olunacaq.


Bütün biletlərin satılmaq ehtimalının yüksək olduğunu nəzərə alaraq, giriş-çıxışı daha rahat təşkil etmək, tıxac və növbə problemi ilə üzləşməmək üçün “Palms Sports Arena”ya oyunun başlanma vaxtından 2 saat öncə gəlmək tövsiyə olunur.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı sabah keçiriləcək və saat 19:00-da start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO