Maşınlarda qalanlar xilas edildi  - Bakıda sel

Maşınlarda qalanlar xilas edildi - Bakıda sel

Hazırda oxunan: Maşınlarda qalanlar xilas edildi - Bakıda sel

127862
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda avtomobillərdə vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Moderator.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirmiş və məlum olmuşdur ki, yağan intensiv yağışlar nəticəsində, yolda suyun səviyyəsi qalxaraq 3 minik avtomobilində 7 nəfər köməksiz vəziyyətdə qalmışdır.

Xilasedicilər xüsusi texnika vasitəsi ilə avtomobilləri və vətəndaşları təhlükəli ərazidən təxliyyə etmişlər.

Əməliyyat saat 22:53-də başa çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO