Bu gecə Astara rayonu, Seləkəran kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının, dəhlizinin yanar konstruksiyaları 80 kv.m sahədə və dam örtüyü 105 kv.m sahədə yanıb.
Moderator.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.






































































































