Saatlıda avtomobil 77 yaşlı qadını vuraraq öldürüb

Saatlıda avtomobil 77 yaşlı qadını vuraraq öldürüb

Hazırda oxunan: Saatlıda avtomobil 77 yaşlı qadını vuraraq öldürüb

101208
 APA. Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə saat 20.00 radələrində, Saatlı rayonunun Qalağayın-Məmmədabad avtomobil yolunda qeydə alınıb.
Saatlı rayonunun Qaranuru kənd sakini Ağayev Kamil Famil oğlunun idarə etdiyi “VOLKSWAGEN”x9d markalı, 10 LX 258 dövlət nömrə nişanlı avtomobillə yolu keçən kənd sakini, 1938-ci il təvəllüdlü Həsənova Mədinə Behbud qızını vurub. Nəticədə piyada xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
 
Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO