İTV-də baş direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: sənəd qəbulu ELAN EDİLDİ

İTV-də baş direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: sənəd qəbulu ELAN EDİLDİ

Hazırda oxunan: İTV-də baş direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: sənəd qəbulu ELAN EDİLDİ
608964
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsini tutmaq istəyən namizədlər sənədlərini 27 aprel 2026-cı il saat 9.00-dan 8 may 2026-cı il saat 18.00-dək Azərbaycan Respublikası Audiovizual Şurasına (ünvan: Bakı şəhəri, A.M. Şərifzadə küçəsi 315) təqdim etməlidirlər.

Namizədə dair tələblər sırasında aşağıdakılar qeyd olunub:

-Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

-Namizəd ali təhsilli olmalıdır.

-Əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, həmçinin məhkumluğu ödənil¬məmiş şəxs namizəd ola bilməz.

-Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxs namizəd ola bilməz".
 

Təqdim olunmalı sənədlər kimi ərizə, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, kadrların şəxsi uçot vərəqi (fotoşəkil ilə), ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq olunmuş surəti qeyd olunub.


Bildirilib ki, qeyd olunan sənədlər 2 nüsxədə təqdim olunmalıdır.

Qeyd edək ki, Baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.

Xatırladaq ki, İTV-nin baş direktoru Balakişi Qasımovdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO