- A-
- A
- A+
Gündəm
20:06 / 02.10.2015
2 dəq oxunma
"Rusiya Azərbaycanı ağlar günə qoyacaq..."
Hazırda oxunan: "Rusiya Azərbaycanı ağlar günə qoyacaq..."
98644
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycanın Avrasiya Birliyinə üzvlüyünün XİN başçısı Elmar Məmmədyarov tərəfindən mümkün olması ilə bağlı mətbuatda yayılan fikirləri eks - spiker Rəsul Quliyev Moderator.az -a açıqlamasında şərh edib:
"Mətbuatda Azərbaycanın Avrasiya Birliyinə daxil olmasının XİN tərəfindən mümkün hesab edildiyi qeyd edilir. Çox ehtimal bu Azərbaycanın Qərbə göndərdiyi növbəti blef mesajdır və düşünür ki, bu yolla Qərbi şantaj etmək mümkündür. Çünki ölkəni sözün əsl mənasında ölü bir təşkilata üzv olmaq istəyi iki səbəbdən ola bilər.
1. Ucuz şantaj
2. Kin - küdrəti, qisası ölkə sərhədlərindən kənara çıxarmaq, xalqın gələcəyini qara qəpik belə hesab etməmək.
Bu birliyə daxil olan ölkələrin hər birinin məqsədi gün kimi aydındır. Belarus, Ermənistan və Qırğızıstan sadəcə olaraq partnyorları RF ”“nın hesabına yaşayırlar. Mən 1985-ci ildə Almaniyada olanda qəzetlərin birində karikaturaya rast gəldim. Başı Çernenkonun başı olan Sovet xəritəsini əks etdirən nəhəng bir donuz uzanıb və onun əmcəklərini üstündə Konqo, Fələstin, Komboja, Koreya və bir çox başqa ölkələr yazılmış kiçik donuz balaları əmir, altında isə Super derjavanın balaları yazılmışdı. İndi Avrasiyada yuxarıda yazdığım 3 ölkə Super derjava olmaq istəyən Putini əmənlərdir. Qazaxıstan Putinin bəyanatlarından qorxuya düşüb belə addımlar atır. Putin Ukraynanın başına gətirəcəyindən betərini Qazaxıstanın başına gətirəcəyini (Qazaxıstan adlı dövlət olmayıb, step ruslarındır) açıq tekstlə deyib. Qazaxıstan Ukrayna deyil, birincisi əhalinin 50 faizə yaxını qazax deyildir, ikincisi qərbi ukraynalılara bənzər RF ”“na qarşı ölüm - dirim mübarizəsi apara biləcək xalqı yoxdur. Bu ölkə ümumiyyətlə bu birliyin qanunları ilə işləmir. Ara - sıra Putinin siyasətini dəstəklədiyini elan etməklə işini bitmiş hesab edir.
Azərbaycan hansı məqsədlə və nə üçün bu birliyə daxil olmalıdır? Səbəb öz vətəndaşlarının hüququnu tapdalamaq tələbi ilə çıxış edən Avropanın acığınadırsa çox bəsit qərardır.
Ora daxil olarsa Rusiyanın Qarabağı qaytaracağına inanırsa, bağışlanmaz səhvə yol verir, çünki birliyə daxil olandan sonra ümumiyyətlə Qarabağı qaytarmaqdan söhbət getməyəcək və yenidən oranı tərk etmək istəsə Rusiya həm Qarabağda yeni işğal, həm də Dağıstanla sərhəd rayonlarda iğtişaş salmaqla Azərbaycanı ağlar günə qoyacaq. Bir sözlə, Birliyə daxil olmaq addımı ən təhlükəli addım olardı."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































