Zahid Oruc Beynəlxalq Bankı sərt ittiham etdi...

Zahid Oruc Beynəlxalq Bankı sərt ittiham etdi...

Hazırda oxunan: Zahid Oruc Beynəlxalq Bankı sərt ittiham etdi...
98606
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bu gün ölkədə sadə vətəndaşların ümumi kredit portfeli bir milyard dollardan bir artıq olsa da, təkcə Azərbaycan Beynəlxalq Bankındakı problemi kreditin həcmi altı milyard dollardan atıq təşkil edir.

Moderator.az xəbər verir ki, belə bir təkliflə Milli Məclisin komitələrinin birgə iclasında 2016-cı ilin dövlət büdcə zərfi ilə bağlı aparılan müzakirələri zamanı deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, adı çəkilən bankın  təsisçilərindən biri dövlət olduğundan buradakı vəsatilərin də böyük qismi dövlətə məxsus olub: “Bu bank heç bir qarantiya olmadan və kreditlərin  geri dönüşünə təmin edən mexanizm tətbiq etmədən çox böyük həcmdə kreditlər verib. Nəticədə  problemli kreditin həcmi altı milyard dollardan yuxarıdır.  Bu kreditlərin müəyyən qismi hüquq-mühafizə orqanlarının prosesə qoşulması nəticəsində geri qaytarılsa da, yenə də böyük hissəsi qaytarılmayıb.”x9d

Millət vəkili onu da əlavə etdi ki, 40-50 min dollar həcmində kredit götürən şəxs ondan 3-4 dəfə baha girov qoyur və problem yarananda ona qarşı sərt qaydalar tətbiq olunur. “Ancaq çox böyük həcmdə milyonlarla dollar həcmində heç bir qarantiya olmadan və girov qoyulmadan kreditlər verilib. Ancaq onun geri dönüşü mxanizmi yaradılmayıb. Bax əsas məsələ bundadır”x9d, -deyə millət vəkili qeyd edib.

O hesab edir ki, belə bir problemin yaranması iqtisadi cəhətdən cəmiyyətə ciddi zərbə vurur. “yəni bu kredit mühitini korlayır, maliyyə şəffaflığına zərbə vurur,  təşəbbüskarlığa mane olur və bir çoxlarını gözləmə mövqeyində durmağa vadar  edir.”x9d

Məsələyə aydınlıq gətirən maliyyə naziri Samir Şərifov bildirdi ki, hadisə ilə bağlı məsuliyyət daşıyanla  barəsində ciddi tədbirlər görüləcək. “Bundan əlavə olaraq  bankın borc yükünün aqrokredit bankının üzərinə götürüb. Həmçinin özəlləşmə ilə bağlı tədbirlər planı hazırlanır”x9d, - deyə nazir vurğuladı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO