"AP nə üzlə Azərbaycana qarşı sanksiyaların tətbiqindən danışır?”x9d

Hazırda oxunan: "AP nə üzlə Azərbaycana qarşı sanksiyaların tətbiqindən danışır?”x9d

94932
"Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməklə təkliflə çıxış etməsi sırf təhdid xarakteri daşıyır". 
Bunu mətbuata açıqlamasında Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin rəhbəri, millət vəkilliyinə namizəd Ülkər Musazadə son günlər Avropa Parlamentarilərinin Azərbaycanla bağlı qərəzli çıxışları ilə bağlı danışarkən deyib. 

Onun sözlərinə görə, bu, Avropa tərəfindən əslində gözlənilən haldır, çünki bu Qərbin ənənəvi siyasi hücum taktikasıdır:  

"Ona görə də bu, Avropa Parlamentində Azərbaycana qarşı səslənən qərəzli təklif və iddialar Rusiya XİN başçısı Sergey Lavrovun Bakıya səfərindən sonra, cəbhə bölgəsində aparılan təlimlərdən sonra meydana gəlmiş Qərbin növbəti təhdidindən başqa bir şey deyil. Qərb təhdid dili ilə danışmağa adət edib. Amma prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycanla təhdid dili ilə danışmaq mümkün deyil. Azərbaycan Ermənistandan fərqli olaraq, heç bir xarici qüvvənin təsiri və diktəsi ilə idarə olunmur. Xocalı soyqrımına qarşı laqeyd qalan Avropa Parlamenti bu gün nə üzlə Azərbaycana qarşı sanksiyaların tətbiqindən danışır? Qafqazda sabitliyi, digər dövlətin ərazi bütövlüyünü pozan, günahsız insanların qanını tökən, soyqırım edən Ermənistana qarşı sanksiyaların tətbiqinə zərurət varkən, Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırış etməsi sözün əsl mənasında Avropa Parlamentinin ədalətli siyasət yürütməsini şübhə altında qoyur. Hesab edirəm ki, Avropa Parlamenti Azərbaycana qarşı bu cür sərt çıxışlar etməklə Avropaya inteqrasiya prosesinə böyük zərbə vurduqlarını unudur”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO