Milli Şura noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etməyəcək. Boykot qərarı siyasi partiyalar arasında birmənalı qarşılanmayıb.
Bununla bağlı mətbuata acıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, seçki günündən 10 gün keçəndən sonra Əli Kərimli bu qərarı ona görə atıb ki, beynəlxalq təşkilatların dəstəyi ilə mandat qazanmaq imkanları sıfıra bərabərdi:
”x9dƏli Kərimli öyrəşib ki, gizli danışıqlar yolu ilə deputat olsun. Bu səfər də bəzi xarici təşkilatlar vasitəsi ilə buna əldə etmək istəyirdi. Ancaq planı baş tutmadı. Bu səbəbdən də boykot qərarını verdi. Əli Kərimli ilə Cəmil Həsənlinin seçkidə iştirak etməməsi heç nəyi dəyişməyəcək. Guya bunlar seçkidə iştirak etsə idi, nə baş verəcəkdi ki?!”x9d
Niyaməddin Orduxanlı 2010-cu il parlament seçkilərində Əli Kərimlinin 2200 səs topladığını deyir:
“2010-cu ilə parlament seçkilərində mən 45 saylı Abşeron seçki dairəsində ikinçi yeri tutmuşdum. 3000-dən yuxarı səs toplamışdım. Əli Kərimli isə məndən 1000 səs az toplamışdı. Kim istəyir, mskgov.az saytına daxil olub tanış ola bilər. Bu adam heç 3000 səs toplaya bilmir. Məğlub olacağını, ciddi uğur qazana bilməyəcəyini də çox yaxşı bilirdi. Özü də Əli Kərimli olan dairədə az qalır bütün beynəlxalq müşahidəçilər bülletenləri bir-bir saysınlar. Beynəlxalq müşahidəçilər də Əli Kərimlinin səs toplaya bilmədiyini gördülər. Əli Kərimlinin yanında kim qalıb ki, namizədliyini də irəlü sürsün? “Matros”x9d Faiqdən başqa kimsə yoxdur."































































































