Mehman Əliyev “demokratiya şəhidləri”x9d ilə bağlı təklifi dəstəklədi

Mehman Əliyev “demokratiya şəhidləri”x9d ilə bağlı təklifi dəstəklədi

Hazırda oxunan: Mehman Əliyev “demokratiya şəhidləri”x9d ilə bağlı təklifi dəstəklədi
93904
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə gün bundan öncə Moderator.az saytı və  “Hürriyyət”x9d qəzetinin jurnalisti Seymur Əliyev peşə və statusundan asılı olmayaraq Azərbaycanda demokratiya uğrunda mübarizədə öldürülən şəxslərin demokratiya şəhidləri kimi tanınması və onların siyahısının hazırlanması təklifi ilə çıxış edib. (//moderator.az/index.php?xeber=92988 ). Təklif müəllifinin fikrincə, belə bir addımın atılması demokratiya və insan haqları uğrunda həyatını qurban verən şəxslərə demokratik toplumun ehtiramını ifadə etməklə yanaşı, onların unudulmaması, həmin şəxslərin xatirəsinin xalqın qəlbində əbədi yaşadılması baxımından da mühüm rol oynayardı.

Maraqlıdır, Azərbaycanda demokratiya uğrunda mübarizədə öldürülən şəxslərin demokratiya şəhidləri kimi tanımaq lazımdırmı? Onların xatirəsinin əbədiləşdirilməsi üçün həmin şəxslərin vahid siyahısının hazırlanmasına ehtiyac varmı?

Moderator.az-a açıqlama verən “Turan”x9d İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, belə bir addımın atılması faydalı olardı:

“Əlbəttə ki, demokratiya uğrunda mübarizədə həlak olanların siyahısının hazırlanmasına, bu sahədə, iş aparmağa ehtiyac var. Bu, özünü demokratiyanın bərqərar olması uğrunda mübarizəyə həsr edən, bu yolda həyatını fəda edən şəxslərin unudulmaması, onların isminin xalqın və tarixin yaddaşında qalması baxımından da məqsədəuyğun olardı”x9d.

 

Pərviz Əliyev

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO