
- A-
- A
- A+
Повестка дня
14:11 / 02.09.2015
2 dəq oxunma
“Bu şantaj yoludur, mən qulaqkəsən deyiləm”x9d
Hazırda oxunan: “Bu şantaj yoludur, mən qulaqkəsən deyiləm”x9d
93432
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Sabiq deputat Nazim Məmmədov Baş Prokurorluğun onun barəsində verdiyi açıqlamaya münasibət bildirib
Moderator.az xəbər verir ki, o, modern.az saytına deyib ki, barəsində yazılanlar Rasim Məmmədovun göstərişi ilə Eynulla Fətullayev tərəfindən tirajlanır:
“2012-ci ildən metal istehsalı ilə məşğul olan müəssisələrə hücum təşkil edən şəxs “Baku Steel Company”x9din rəhbəri kimi göstərilib. Mən Rasim Məmmədovun haqqın.az, virtualaz.org saytında yalan informasiya yaydığına görə Nərimanov rayon Məhkəməsinə müraciət etmişəm. Bundan əlavə, haqqın.az saytı haqqımda yalan məlumatlar yaydığına görə əvvəlcə özlərinə müraciət etdim ki, təkzib versinlər. Vermədilər, mən də sivil qaydada məhkəməyə müraciət etdim. Saytın rəhbəri Eynulla Fətullayev şantaj yolunu seçib, məhkəməyə təsir etmək və Rasim Məmmədovun piar menecerliyini aparan şəxs olmadığını sübut etmək üçün mənə hücum çəkir. Mən Baş Prokurorluğa bir neçə dəfə müraciət etmişəm. Sonuncu dəfə prokurorluqdan bildirilib ki, bununla bağlı iş başlanıb. Ümid edək ki, qanuni qərarlar qəbul olunacaq.
Nazim Məmmədov hesab edir ki, prezident İlham Əliyev bütün sahibkarlara mənəvi, siyasi dəstək göstərdiyinə baxmayaraq, bir qrup özünü qanundan yüksək tutur:xa0
“Onlar cəngəllik qanunları ilə iqtisadiyyata müdaxilə edirlər. Bu da Azərbaycanın iqtisadi imicinə mənfi təsir göstərir”x9d.
O, işlətdiyi ifadənin hətta mətbuatda geniş yayıldığına da diqqət çəkib:
“Jurnalistlər Beynəlxalq Bank qalmaqalından sonra sosial şəbəkələrdə müxtəlif paylaşımlar edirdilər. Onların istifadə etdiyi bir ifadə var:xa0
“biznesmenlərin qulaqlarının kəsilməsi”x9d.
Mən qulaq kəsən deyiləm. Üstəlik Facebook sosial şəbəkəsindəki statusumda da var. Orda qeyd etmişəm ki, inhisarçılıq yaradan Rasim Məmmədovun hüquq-mühafizə orqanları tərəfindən “qulağı kəsiləcək”x9d, yəni qanuna tabe olacaq. Dediyimin üstündə də dururam.
Hesab edirəm ki, bu, yazdığım statusdan mənim əleyhimə istifadə edilən bir bəhanədir, əsas məsələdən yayınmaq və şantaj yoludur”x9d.
Sabiq deputat “Baş Prokurorluğun açıqlamasından sonra məsuliyyətə cəlb olunacağınızdan çəkinirsinizmi”x9d sualına cavab olaraq heç nədən narahat olmadığını deyib:
“Biz hüquqi dövlətdə yaşayırıq. Mən qanunu pozacaq hər hansı addım atmamışam. Ümid edək ki, həmin Baş Prokurorluq mənim şikayət ərizəmdə Rasim Məmmədovun qeyd etdiyim bütün əməllərini araşdıracaq”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































