Üç uşağını atıb Bakıya qaçan gəlinin anası da danışdı:  ””

Üç uşağını atıb Bakıya qaçan gəlinin anası da danışdı: ”” "Qaynatası qızımı dəfələrlə..."

Hazırda oxunan: Üç uşağını atıb Bakıya qaçan gəlinin anası da danışdı: ”” "Qaynatası qızımı dəfələrlə..."

91718
Ucar rayonu Qaracallı kənd sakini 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmovanın anası, Alidə Məmmədova Ölkə.Az-a qızının qaynatası ilə bağlı şok açıqlama verib

Qeyd edək ki, Ş.Rüstəmova iyulun 31-də 3 uşağını evdə qoyaraq Bakıya qaçması ilə ölkə mətbuatının gündəmindədir.

Alidə Məmmədova əməkdaşımızla söhbətində bildirib ki, Ş.Rüstəmovanın qaynatası Azər Rüstəmov bir neçə dəfə kəsici alətlərlə ona xəsarət yetirmək istəyib: "Dəfələrlə qızımın qaynatası qızımı dəryazla, dəhrəylə üstünə cumub. Şəlalə neçə dəfə canını onun əlindən güclə qaçıb qurtarıb. Yoldaşım xəstə adamdır, uşaqları da gətirib töküblər bura. Qalmışam əllərində. İstərdim bizə kömək edəsiniz".

Xatırladaq ki, Ş.Rüstəmova da saytımıza müsahibəsində qaynatasının və qaynanasının ona işgəncə verdiyini söyləyib.

Səsləndirilən ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO