6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib

6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib

Hazırda oxunan: 6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib

627377

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 4 min 575 ton nar ixrac edib.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 999 min ABŞ dolları olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 452 ton (9 %), dəyər baxımından isə, 299 min dollar (7 %) azdır.
 

Hesabat dövründə nar ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub. 6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.


Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.

Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO