Zelenski Trampla görüşəcək – Bu TARİXDƏ

Zelenski Trampla görüşəcək – Bu TARİXDƏ

Hazırda oxunan: Zelenski Trampla görüşəcək – Bu TARİXDƏ

627379

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin çərşənbə axşamı Vaşinqtonda görüşü planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna tərəfi də Zelenskinin ABŞ-a səfərində maraqlıdır. Lakin ukraynalı mənbə bildirib ki, səfərlə bağlı yekun qərar Ağ Evin Trampın rəsmi iş qrafikini təsdiqləməsindən sonra veriləcək.
 

Mənbənin sözlərinə görə, Ukrayna və ABŞ rəsmiləri Rusiyaya təqdim edilməsi nəzərdə tutulan yeni sülh təşəbbüsləri çərçivəsində hava məkanında döyüş əməliyyatlarının dayandırılması ilə bağlı təklifi də müzakirə ediblər. Bildirilir ki, bu təşəbbüs Ukraynada müharibəyə son qoymağa yönəlmiş növbəti sülh danışıqları paketinin tərkib hissəsidir.


Nəşrin vurğuladığına görə, Ukrayna daha əvvəl də Rusiya Prezidenti Vladimir Putinə atəşkəs təklifləri ilə müraciət edib, lakin həmin təşəbbüslər rədd edilib.

Bəzi rəsmilər hesab edirlər ki, Ukraynanın pilotsuz uçuş aparatları və raket zərbələri nəticəsində Rusiya iqtisadiyyatına artan təzyiq Putinin mövqeyinin yumşalmasına səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO